"O əvvəl Röyanın qapısında yatırdı, indi də Aygün Kazımovanın" AÇIQLAMA

576
"O əvvəl Röyanın qapısında yatırdı, indi də Aygün Kazımovanın" AÇIQLAMA
Prodüser Tolik (Tarix Əliyev) ilə müğənni Rəhim Rəhimli arasında qalmaqal yaşanıb.   Rəhimin son açıqlamasında "Tolik məni başqası ilə səhv salma” deməsi qarşı tərəfi bərk qəzəbləndirib.   AZXEBER.COM-a danışan prodüser Tolik müğənniyə sərt ismarıc göndərib.   O deyib ki, danışsa Rəhim Rəhimli biabır olacaq: "Rəhim musiqiçi kimi gəlib mənim işlədiyim müğənni Elton Hüseynəliyevlə ilə özünü yoxlasın. Görsün kim yaxşı oxuyur. Hətta bu siyahıya müğənni Zamiq Hüseynovu da qataq. Mən qonşu ölkənin əməkdar işçisiyəm. Prezidentimizin imzası ilə olan tədbirlərin təşkilatçılığın etmişəm. Hazırda Gəncədə dövlət tədbirlərin təşkilatçılığını edirəm. Şortiklə müğənnini izləməyə gələnlər üçü konsert etməmişəm. Rəhimin sağında, solunda gəzənlərdən deyiləm. Rəhim məni yanındakılarla səhv salmasın. Elə etməsin ki, ağzımı açım. Mən ağzımı açsam Rəhim biabır olacaq. O zaman Rəhim mənə cavab verə bilməyəcək".   Produser Rəhimin imicini də tənqid edib. "Mən heç bir kəsin qarşısında əyilmərəm. Vaxt var idi Rəhim Röyanın qapısında yatırdı. İndi Aygün Kazımovanın qapısında yatır. İndi özünü böyük hesab etməsin. Rəhim arada eynəklərini çıxarıb, ərtafına yaxşı baxsın”   Tolik Rəhimlə Niyam arasında olan davadan da danışıb. "Mən niyə bunun səbəbini zəng edib Aygün Kazımovadan soruşmalıyam. Məsələni mənə Niyam danışıb, sözü varsa, Niyama desin mənə yox. Təki Niyamla aralarında dava belə şeyə görə olsun, sevgili davası olmasın.”   Qeyd edək ki, tərəflər arasında qalmaqal Tolikin Rəhimə "yekəbaşlıq edir” deməsindən sonra başlayıb.

Xəbər lenti