Bu gün prodüser Tolikin aparıcısı olduğu "Bu bizik" verilişinin qonağı xalq artisti Brilliant Dadaşova olub.
Mynews.az-ın milli.az-a istinadən verdiyi məlumata görə, Tolik Brilliant xanımla söhbətini yarıda saxlayaraq "Brilliant xanım, bizim Türkiyədən zəngimiz var" deyib.
Canlı yayıma qoşulan xanım "Həyatım, aşkım. Səni çok seviyoruz, canım bənim" sözləri ilə xalq artistinə sevgisini dilə gətirib.
Brilliant xanım öz növbəsində sözügedən xanıma təşəkkürünü bildirib: "Çox sağ olun, Zərnişan xanım. Minnətdarıq sizə. Türkiyəmiz, Azərbaycanımız var olsun".
Verilişin aparıcısı Tolik telefon xəttində gözləyən xanıma "Zara xanım, hər vaxtınız xeyir olsun. Qardaş Türkiyəyə buradan salam. Mənim üçün çox böyük qürurdur ki, bu gün bizim Azərbaycanın igid oğlanlarından biri, Lənkəranımızın fəxri olan Mübariz müəllimin bacısı efirdədir. Şərəf verdiniz, çox sağ olun ki, verilişimizə baxırsınız. Brilliant xanımın rəfiqəsisiniz" sözləri ilə təşəkkür edib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub