Müğənni-bəstəkar Rəhim Rəhimli ilə prodüser Tarix Əliyev (Tolik)arasındakı söz-söhbət davam edir.
Mynews.az xəbər verir ki, R.Rəhimli T.Əliyevin onun barəsində işlətdiyi "yekəbaş" sözünə ötən gün sosial şəbəkə vasitəsilə sərt cavab verib.
“Deyirəm, bu Rəhim də özünü şou-biznesdə böyük fiqur sayır. Mənə deyir ki, Tolik 3 konsert edib. Ay eynəkli oğlan, məni yanındakı çanta daşıyanlarla səhv saldın. Mən dövlət tədbirləri təşkil edəndə (düzdür, sən heç vaxt dövlət tədbiri görməmisən, bundan sonra da görməyəcəksən)... Rəhim elə bilir ki, bu gün Aygün, sabah Röya…
Amma sən hələ gəl 10 sənətkarın ikimiz haqında danışığına bax, gör, sənin sənətin hansı yerdədir. Sonra özünə qiymət ver. Bir də ki, mənə Niyam Salami deyib, özümdən uydurmamışam. Həm də sən hələ o statusda müğənni deyilsən ki, işimə qiymət verəsən. Hələ özünü təsdiqlə, qalsın yan-yörən. Ağzımı da açdırma, mən sənin üçün o-bu deyiləm. Yerini bilsən, pis olmaz.
Hələlik bir ölkədə çalışıram. Bir kasıbın da olsa, balasına yardım edirəm. Vaxtı ikən didərgin düşənlərdən deyiləm. Şükürlər olsun ki, pis aludəçiliyim yoxdur: nə siqaret çəkirəm, nə də ki…”,-deyə prodüser “Instagram”da ifaçının sözlərinə cavab yazıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub