ARB telekanalının "Səhər-Səhər" verilişində Elgizin qonağı Rəhman Rəhmanov ilə həbsdən yeni çıxan müğənni oğlu Emil olub.
Milli.Az xəbər verir ki, Emil Rəhmanov verilişdə şəxsi həyatı ilə bağlı danışıb.
Həyat yoldaşından boşanan Emil baş verənləri belə izah edib:
"Nə qədər tez ayrılıq olsa o qədər yaxşıdır. Övlad mənimdir. Ömrümün axırına kimi baxacam ona".
Oğlunun bu sözlərinə biganə qalmayan əməkdar artist: "Emil, sən pis olmusan. Sən pis olmusan ki, ayrılmısınız. Sən yaxşı olsaydın, o oturmuşdu. O qız da yazıqdır. Mən camaatın balasına pis deyə bilmərəm. Mənim balam pisdir. Bu söhbəti bitirək!", - deyib.
Emil ikinci həyat yoldaşı ilə bağlı fikirlərini "Pis olmayıb mənə. Yaxşı insan olub. Hər zaman hörmətimi də saxlayıb. Mən kişi xeylağıyam. Mən bir az şulux olduğuma görə düz gəlmirdik. Alınmırdı, mən kiminsə balasın bədbəxt edə bilməzdim. Ona görə ayrıldıq" sözləri ilə yekunlaşdırıb.
Qeyd edək ki, Emil iki dəfə ailəli olub.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub