“Kiminsə toyuna getmək sağalmaq demək deyil. Bu gün də ağrı kəsicilərlə harasa gedə bilərəm. 3 gündür çox narahatam”.
Bu sözləri Xalq artisti, xanəndə Könül Xasıyeva ARB TV-nin “Günə son” proqramında deyib.
Ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti, son vəziyyətindən danışıb.
“Könül Kərimovanın qızının məclisindən sonra, internetdə rastlaşdım ki, mənim haqqımda xoş sözlər söyləmisiniz. Xəstəlikdi də Ülvira xanım. Bu da keçər. Dünən də təcili yardım gəldi. Dedilər ki, ürəyində heç nə yoxdur. Sinir ağrılarıdı”.
Könül Xasıyeva, yenidən xəstəxanaya yatırılacağını bildirib:
“Astmadan da əziyyər çəkirəm. Dünən həkimlə danışmışam. Yenidən müalicə götürəcəm. Sabahdan xəstəxanaya yatırılacam. Oynaq ağrıları, qollarım, ayaqlarım, güclü baş ağrıları və həyəcan, stress 3 gündür artıb. Heç ağrıkəsicilər çox vurmaq olmaz. Bacılarım yanımdadır. Əsas istəyim sağalıb və Kazımın yanında olmaqdır”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub