Müğənni Mənzurə Musayeva “Bizimləsən” verilişinə qonaq olub.
Mynews.az-ın məlumatına görə, bu yaxınlarda övladlığa götürdüyü qızı Çinarəyə toy edən sənətçi qızının xeyir işindən danışıb.
Mənzurə aparıcı Zaur Baxşəliyevin “Toya ən az nə qədər pul yazdıran oldu” sualına belə cavab verib:
“Qızımın toyuna 300 nəfər çağırmışdım, 500 oldu. Ən az 200 AZN, ən çox 500 manat pul yazdırıblar. 500 dollar salan da oldu. Borclarım var idi, ödədim”.
Övlad dünyaya gətirə bilmədiyini deyən müğənni ağlayıb:
“Bala hissini yaşamamışam, bilmirəm. Ola bilər ki, ana-ata olanlar o hissi yaxşı duyur. Çinarəni çox sevirəm, istəyirəm ki, hər şey ürəyincə olsun. Amma yenə də analıq hissi yaşaya bilmirəm. Bilmirəm, doğurdan da, analıq belə olur?”.
Qeyd edək ki, M.Musayevanın övladlığa götürdüyü Çinarə onun qardaşının qızıdır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub