Aktrisa Sevinc Əliyeva “ATV kulis” verilişinin qonağı olub.
Mynews.az-ın məlumatına görə, aktrisa övladlarından danışıb:
“Anam məni necə tərbiyyə edibsə, uşaqlarıma elə davranmağa çalışıram. Anam mənə qarşı çox sərt idi. İndi onu başa düşürəm. Mən də uşaqlarıma qarşı sərtəm. İstəyirəm övladlarım düzgün böyüsünlər, yaxşını pisdən ayırsınlar. Başım daşa çox dəyib, amma peşman olmamışam. Məsləhətə qulaq asan deyiləm”.
Uzun müddət film sahəsindən uzaq qalan Sevinc hazırda dəvətlərin çox olduğunu söyləyib:
"Bizim işimiz elədir ki, çəkilməyəndə unudulursan. Mən yeni gələnlər üçün unuduldum. Müsbət bir halım var ki, uzaq olduğum ərəfədə uşaqlarla məşğul idim. Onları böyütdüm, itirdiyim vaxta peşman deyiləm. O vaxt çəkilişdə olsaydım, indi insanlar uşaqlarının körpəliyindən danışanda pis olardım".
Aktrisa çox rəfiqəsi olmadığını deyib:
"İşləyirəm, ailəm var. Qazandığım ailəmə gedir. Çox insanla münasibətim yaxşıdır. Amma yaxınım olan tək adamlar var. Təklikdən qorxmuram. Heç vaxt da tək qalmayacam. Üç övladım var, hər zaman yanımdadırlar. Mənim üç rəfiqəm var: iki oğlum, bir qızım". (axşam.az)
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub