“Nazənin çox gözəl tanıyıram. Qarşı tərəfi kaş tanımaz olardım. Hər ikisinə bildirmək istəyirəm ki, bu düz deyil. Davanız varsa, özünüz etməlisiniz. Nazəninlə 20 ildir ki, dostluq edirəm. Özü də onu mənə təqdim edən Niyaməddin Musayev olub”.
Mynews.az-ın məlumatına görə, bu sözləri Sərxan Kərəmoğlu “Günə son” proqramında Nazənin və Təranə Qumral davası haqqında danışarkən bildirib.
Aparıcı müğənniləri barışığa səsləyib:
“Mən də zamanında əjdahalarla qarşı-qarşıya gəlmişəm. Üzr istəməlisənsə, üzr istəmək lazımdır. Demək ki, qarşı tərəfə gündəm lazımdır. Türkiyədən gəlib bu məsələni eşitdim. İllərdir ki, bu dava gedir. Yarışmaya qatılana qədər Nazənini təqsirli bilmişəm. Çünki demişəm ki, sən çox savadlı bir adamsan, niyə belə söhbətlərin içindəsən? Ağlaya-ağlaya mənə, yoldaşıma dəfələrlə zəng edib ki, bax, mən susub oturmuşam yerimdə. Hər zaman ona söz atılır.
Bundan sonraya dur demək lazımdır. Bu günə qədər Nazənin qarşı tərəfin övladının adını ağzına almayıb. Qarşı tərəf biraz burnu dik, özündən razı bir xanımdır. Hər zaman elə olsun, toyları çox olsun ki, Nazənin də onu yadından çıxartsın”.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub