İngiltərə taxtının beşinci varisi və 33 yaşlı şahzadəsi Harrinin nişanlısı Meqan Markl bahalı geyimi ilə maqazin gündəminə damğa vurub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bir neçə gün əvvəl cütlüyün İnstaqramda nişan fotoları paylaşılıb.
“Windsor Frogmore” evində baş tutan çəkilişləri moda fotoqrafı Aleksi Lubomirski həyata keçirib. Şahzadə Harri nişan mərasimi üçün ingilis markası “Burberry”dən kostyum seçib. 36 yaşlı aktrisa da öz növbəsində “Victoria Beckham” və “Ralph & Russo” kimi ingilis brendilərinə üstünlük veirb.
Məlum olub ki, Meqanın “Ralph & Russo”nun kutyur kolleksiyasından seçdiyi ziyafət libasının qiyməti təxminən 120 min manatdır. Paltarın baha olmasının səbəbi üst qismindəki naxışların əllə və qızıl iplərlə işlənməsidir.
Yeri gəlmişkən onu da qeyd edək ki, “Ralph & Russo” moda evi öz incəsənət əsərləriylə məşhurdur, odur ki, belə nağılvari libası geyinmək böyük xərc tələb edir.



1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub