61 yaşlı model Yazemeenah Rossinin İnstagram paylaşımları hər kəsdə heyranlıq doğurur. Kaliforniya ştatında yaşayan model dünyaca məşhur alt paltarları markalarının reklam siması olmağa davam edir. O bildirib ki, sonuna qədər işini davam etdirmək istəyir.
Boyamadığı uzun və boz saçları, düzgün fiziki quruluşu ilə gənclərdən seçilməyən 61 yaşlı modelin İnstaqram hesabında on minlərlə izləyicisi var. Bir çox insan 61 yaşlıYazemeenah Rossinin necə bu qədər hamar, canlı və qırışsız dəriyə sahib olduğu ilə maraqlanır. O, ən böyük sirrini bu cür açıqlayıb. Deyir ki, həftədə bir dəfə zeytun yağı və şəkər tozu qarışımı ilə dərisinə masaj edir. Bu qarışımın dərinin pul-pul tökülməsinə kömək etdiyini də əlavə edib. Yazemeenah Rossi, dəriyə qulluqdan əlavə qidalanmasına da diqqət etdiyini bildirib. Sağlamyaşamağın sonsuz gözəllik gətirdiyinə inanan Rossigündə bir avakado və faydalı qidalar yediyini bildirir. Pəhriz proqramında mütləq orqanik qidalar, tərəvəz, meyvə, təzə balıq, ət və fındıq olan model yağlı və dondurulmuş qidalar qətiyyənyemədiyini açıqlayıb.
Ailem.az bədəni ilə gənc xanımlardan fərqlənməyən 61 yaşlıYazemeenah Rossinin fotolarını təqdim edir.













1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub