Aparıcı İradə İsak özünü xoşbəxt qadınlardan hesab edir.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı bunun səbəbini belə izah edib:
"Ən birinci, sevdiyim işlə məşğulam. İkincisi, sevdiklərim yanımdadır. Üçüncüsü, anayam və anam var. Dördüncüsü, sağlamam. Beşincisi, yaxşı dostlarım var. Altıncısı, sevməyi, yardım etməyi bacaran qəlbim var. Yeddincisi pis insanlardan, şər-böhtandan uzağam.
Bütün bu xoşbəxtliyimin isə bir səbəbi var. Xoşbəxt olmaq üçün kimsəyə ehtiyacım yoxdur. Tək otaqda oturub saatlarla film izləmək, mahnı dinləməkdən doymaram. Oğlumla gəzməkdən, teatra getməkdən zövq alaram. Siz də kiçik şeylərlə xoşbəxt olmağı bacarın. Çünki böyük məsafələr kiçik addımlarla qət edilər.
Xoşbəxt olmaq daha çox məqsəddən başlayır. Məqsədsiz həyat boşdur. Əgər tez-tez darıxırsınızsa, deməli məqsədinizi seçməmisiniz.
Mən işim olmayanda da özümə iş tapanlardanam".
İradə İsak xoşbəxtliyin tərifini də verib:
"XOŞBƏXTliyin tərifi fəaliyyətdir, yerində saymamaqdır. Ömürboyu vaxt tapmadım mən.
İnsanlar bunca dəyərli zamanlarını necə boşa keçirir, bilmirəm! Hər günümüzü Yaradanımıza şükrlə, sevgiylə keçirək.
Əminəm, siz məndən də xoşbəxtsiniz. Amma fərqindəsinizmi? Doğrudur, günlük qayğılarım, maddi ehtiyaclarım, problemlərim də çoxdur. Amma problem nədir ki, mən onun üçün qaşımı çatım? Bilirsiniz, lap bərkdən nə vaxt gülürəm? Pulum qurtaranda! Siz də edin. Xeyrini görəcəksiniz".
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub