Müğənni Natavan Həbibi ilə uzun müddətdir küsülü olan rəqqasə Oksana Rəsulovanın bu yaxınlarda bir araya gəlməsi hər kəsi təəccübləndirib.
Mynews.az-ın məlumatına görə, Natavan “ATV maqazin onlarla”ya açıqlamasında barışıq addımının Oksanadan gəldiyini deyib.
O bildirib ki, reper həyat yoldaşı Səid Əliyevdən (Dado) ayrılma xəbərindən sonra ona dəstək duran ilk adam Oksana olub:
“Bəlli hadisələrdən sonra mənə yazan ilk adam Oksana idi. Mənə yazdı ki, gəlmək istəyirəm. Bir cümlə ilə cavab verdim ki, gəl, evdəyəm. Qapını açan kimi sadəcə qucaqlaşdıq və ağladıq. Məni ən yaxşı başa düşənlərdən biri Oksanadır. Çünki... (kövrəlir...)”.
Natavan boşanması xəbərlərinə münasibət bildirb:
“Hər şey aydındır, bir aydır görüşmürük. Nə ilə nəticələnəcək ikimiz də bilmirik. Səid istədi açıqlamanı verim. Məndən olsaydı heç nə deməzdim”. (axşam.az)
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub