Bakıda “CinemaPlus” Premium kinoteatrlar şəbəkəsində böyük növbə yaranıb.
Məsələ ilə bağlı kinoteatrdan Oxu.Az-a bildiriblər ki, səbəb Azərbaycanda çəkilmiş “Kəklikotu” komediya filminin nümayişlərinin başlamasıdır.
Məlumata görə, filmə böyük maraq var və bu, kinoteatrlar şəbəkəsinin kassaları qarşısında sıxlığa səbəb olur.
“CinemaPlus” kinoteatrlar şəbəkəsinin PR-meneceri N.Həsənovanın sözlərinə görə, dekabrın 21-də təqdim olunan “Kəklikotu” macəra komediyası böyük marağa səbəb olub:
“Film hətta çəkilişlərin ilk günündən hər bir Azərbaycan tamaşaçısı tərəfindən səbirsizliklə gözlənilirdi. Belə ki, filmdə ən parlaq və gündəmdə olan simalar yer alıb. Əlixan Rəcəbov, Müşfiq Şahverdiyev, Fərda Amin, İslam Mehrəliyev, Nigar Camalzadə kimi yerli ulduzlar insanların marağına səbəb olub.
Yerli kinoteatrların tarixində ilk dəfə olaraq filmin hər seansında zallar tam dolub, hətta taşamaşaçıların xahişi ilə zallara əlavə oturacaqlar yerləşdirilib.
Beləliklə, “Kəklikotu” filminin nümayişə başlamasının ilk 4 günündə bugünədək heç bir yerli filmin göstərə bilmədiyi nəticələr əldə olunub”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub