Polislər Rusiyanın Rostov vilayətində uşaqların təsviri ilə pornoqrafik materialların qanunsuz yayılmasında şübhəli bilinən 31 yaşlı kişini saxlayıblar.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Almaniyanın hüquq-mühafizə orqanları ilə əməkdaşlığın nəticəsində saxlanılan kişi qonararı elektron ödəniş vasitəsi ilə kriptovalyuta (kriptovalyuta virtual (rəqəmsal) valyutanın bir növü olmaqla bərabər elektron ödəniş şəbəkəsidir - red.) şəklində alırdı.
Rusiya İstintaq Komitəsinin regional idarəsinin əməkdaşları müəyyən ediblər ki, Novoçerkassk sakini internetdə uşaqların təsviri ilə 300 mindən çox pornoqrafik foto və 11 mindən yuxarı videomaterial yerləşdirib.
“Dindirilmənin gedişatında şübhəli cinayətdə iştirakını tamamilə təsdiq edib və pornoqrafik materialları necə və haradan aldığına dair ətraflı ifadələr verib”, - Rusiyanın İstintaq Komitəsinin regional idarəsindən bildiriblər.
Məlumata görə, narkotiklərə olan meyl Novoçerkassk sakinini cinayətə itələyib. Onun evində böyük miqdarda narkotik maddə aşkar edilib.
Fakt üzrə Rusiya Cinayət Məcəlləsinin 242-ci maddəsi (informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə həddi-buluğa çatmayanlarla bağlı pornoqrafik materialların əldə edilməsi, saxlanılması və yayılması) ilə cinayət işi qaldırılıb.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub