Bakıda teleaparıcı və aktrisa Könül Yusifqızına qarşı hücüm olub.
Mynews.az xəbər verir ki, Aktrisa bu barədə BAKU.WS-ə məlumatında bildirib. Aparıcı qonşusu Rafi adında şəxsdən şikayətçidir.
“Çox böyük stress yaşamışam. Toya getdiyim yerdə qonşum hücüm etdi mənə. Səbəb isə odur ki, maşınımı guya onun yerində saxlamışam. Binanın xüsusi dayanacağı yoxdur, kim harda gəldi maşını saxlayır. Yəni heç nədən məni təhqir etməyə başladı. Maşında da 8 yaşlı uşağım oturmuşdu. Uşağımın yanında başladı qışqırmağa, söyüş söyməyə, qapını açıb uşağıma əl-qol atdı. Bizi küçə söyüşləri ilə təhqir etməyə başladı. Mənim "şuba"mı əl-qol ataraq cırdı”, - deyə aparıcı bildirib.
Aktrisa əlavə edib ki, hadisə zamanı 102-yə zəng edib. K.Yüsifqızı Xətai rayon 36-cı polis bölməsində izahat yazıb. Hadisə ilə bağlı araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub