Xalq artisti Məleykə Əsədova “Bizimləsən” verilişinin qonağı olub.
Mynews.az-ın məlumatına görə, aktrisa xalq artisti Ramiz Məliklə aralarında yaşanan qalmaqaldan danışıb.
Əsədova qarşı tərəfdən istədiyi təzminatdan bəhs edib:
“İstəmirəm bu haqda danışaq. Bilsəydim bu mövzudur gəlməzdim. Mənim tamaşamdan danışaq. Hər bir insan danışmağıyla daxili mədəniyyətini göstərir. Kimisə tanımaq istəyirsinizsə, müsahibəsini oxuyun. 29 ildir səhnədəyəm. Gündəmdə obrazlarımla qalmışam. Mənə bu gün söz atanın da müdafiəsini vaxtilə çox etmişəm. Həmişə yeni tamaşa təqdim edəndən sonra məni bu cür qalmaqala salırlar. Yenə də “Cəhənnəm sakinləri”ndə oynadım, anşlaq oldu. Səhəri belə bir qalmaqal yarandı. Bu qədəri hələ olmamışdı. Oturduğum yerdə oldu. Mənim məhkəməm Allahdır. Yəqin mənim varlığımı qəbul etmirlər. Teatrda ən çətin obrazları oynadım.
Mənə məhkəmədə istənilən təzminatdan bir qəpik də istəmirəm. O puldan mənim evimə girməyəcək. Pulu olmayan dilinə yiyəlik etsin".
Qeyd edək ki, M.Əsədova onu və ailəsini təhqir edən R.Məlikdən 100 min təzminat istəyir. Aktyor isə Əsədovadan 300 min təzminat tələb edir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub