Cəbhə xəttində gərgin anların yaşandığı bir vaxtda şou-biznesimizin tanınmışları arasında maraqlı sorğu keçirib.
Mynews.az Metbuat.az-a istinadən xəbər verir ki, illər ərzində yaradıcılıqları ilə Azərbaycan musiqisinə xidmət edən müğənnilər görəsən hərbi xidmətlərini də yerinə yetiriblərmi? Hansı məşhurlar, hansı səbəblərlə hərbi xidmətdə iştirak etməyiblər?
Bunlardan biri ölkəmizi "Eurovision 2012" beynəlxalq mahnı müsabiqəsində təmsil edən və qalib olan Eldar Qasımovdur.

Xalq artisti Faiq Ağayev isə səhhətində olan problemlər ucbatından əsgər gedə bilməyənlər siyasındadır.

Müxtəlif konsert proqramları ilə əsgərlərin qarşısında çıxış edən İzzət Bağırovun adı da bu siyahıdadır. Müğənni əsəblərinin gərgin olması səbəbi ilə əsgərliyə getmədiyini açıqlayıb.

Prodüsser Tolik isə vaxtı ilə çox arıq olduğu və lazım olan çəkidə olmadığı üçün əsgərlikdə olmayıb.

Elnur Məmmədovun da adı həmkarları ilə eyni sıradadır

Əməkdar artist Abbas Bağırov isə əsgərlikdə olmadığını və səbəbini açıqlamaq istəmədiyini söylədi.

Zamiq Hüseynov isə hərbi xidmətə yararsız olduğunu vurğulayıb.

Müğənni Yaşar Cəlilov da əsgərlikdə olmayanlardandır.

Xalq artisti Mənsum İbrahimov da səhhəti ilə bağlı olaraq hərbi xidmətini başa vurmayıb.

1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub