Əməkdar artist Röya Ayxan məhkəməyə verdiyi Aygün Bəylərlə bağlı sosial şəbəkədə paylaşım edib.
AZXEBER.COM xəbər verir ki, Röya Aygün Bəyləri sənətini ucuzlaşdırmaqda günahlandıraraq bunları yazıb:
"Media nümayəndələrindən xahiş edirəm ki, bunun adını qalmaqal qoymasınlar. Əgər kimsə öz qadınlığına hörmət etmirsə, öz işidir. Mən sənətimə də, işimə də, özümə də hörmət edirəm. Bunu gərək üç il öncə edərdim, amma boynundan atdı. Sübut da etdik, üstünə çox gedib pərt etmək istəmədim. Ona çox keçdim, amma bu dəfə həddini aşdı. Xanəndədirsə, xanəndə adına layiq hərəkət etsin. Mən pop sənətçisiyəm, onun mənimlə, mənim də onunla heç bir əlaqəm yoxdur. Olmadı, olmayacaq da. Bizim oxuduğumuz janrlar başqadır. Amma xanəndələri belə ucuzlaşdırmasın. Dostlarımdan da xahiş edirəm, ona görə mənə heç kim zəng etməsin”.
Qeyd edək ki, Aygün "Səhər-səhər" verilişində Röyanın sənətinin olmadığını deyib, onu tənqid etmişdi.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub