İdmançı Kamil Zeynallı ilə jurnalist Əfruzə Ağayeva arasındakı məhkəmə başa çatıb.
Mynews.az-ın məlumatına görə, bu haqda Kamil xəbər yayıb. O bildirib ki, hər iki tərəf min manat təzminat ödəməlidir:
“Bu gün jurnalistlə olan üçüncü məhkəməm bitdi. Bu da Ali Məhkəmənin qərarı. Hər iki tərəf – mən və jurnalist min manat təzminat ödəməliyik. O, məndən üzr istəyəcək, mən də təkzib verəcəm. Vəzifəsindən sui istifadə edərək, haqqımda yazdığı xəbərə qərəzli, təhqiredici və məlumatı oxunsun deyə, özünə sərf edən başlıq qoyaraq məni həmin jurnalist təhqir etmişdi. Kamil Zeynallı kimi cavabını vermişdim. Üç məhkəmə oldu. Xətai, Apellyasiya və Ali məhkəmə. Qarşı tərəf isə birinci məhkəmədə çıxarılan qərara görə dərhal öz vəkilini dəyişmişdi ki, işinizi apara bilmirsiz. Bu da sənə iş".
Xatırladaq ki, idmançı K.Zeynallı jurnalist Ə.Ağayevanı sosial şəbəkələr və saytlar vasitəsilə təhqir edib. Buna görə də Ə.Ağayeva məhkəməyə müraciət edərək K.Zeynallının ondan üzr istəməsini və dəymiş mənəvi ziyana görə 50 min manat tələb edib. K.Zeynallı da müsahibədə jurnalistin onu təhqir etdiyini söyləyib və 100 min manat təzminat tələb etmişdi.

1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub