Müğənni-bəstəkar Rəhim Rəhimli “5/5” verilişinin qonağı olub.
Mynews.az-ın məlumatına görə, sənətçi prodüser Tarix Əliyevlə (Tolik) qalmaqalından danışıb:
“Prodüser bostanıma daş atdı. Heç kimə cavab vermirdim. Elə insan idi ki cavab verib, yerində otuzdurmaq lazım idi. Başqa cür mümkün deyildi. Həmin cavabdan sonra mənə gecə zəng vurdu. Dedi ki, mənə bunu bir sənətçi danışmışdı. Mən də onun əsasında o sözlərid edim. Dedim, sənə başqasının dediyini söyləmək lazımdır? Mənimlə onun arasında olan məsələdir. O söhbətdə mənim heç bir günahım yoxdur".
Rəhimli "Özünü müğənni, yoxsa bəstəkar hesab edirsən" sualına belə cavab verib:
"Mən müğənni deyiləm. Sadəcə mahnılarımın ifaçısıyam. Elton Hüseynəliyev, Samir Piriyev, Aygün Bəylər müğənnidir. Müğənninin səsi olar. Məndə bir az məlahət var. Özümü bəstəkar hesab edirəm".
Rəhim əməkdar artist Röya Ayxanla münasibətlərindən söz açıb:
"Röya ilə 12 konsert verdik. Dostluqda sadiqdir. Amma dostunun başqası ilə dostluq etməyini qısqanır. Ona görə də aramızda küləklər əsdi. Bu yaxınlarda tədbirdə görüşdük. Qismət olsa 5 ildən sonra yenidən "RR" şou edərik"(axşam.az)
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub