USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Rəqsanə İsmayılova "Yetim" Eyvazın şeirindən danışdı "Mənim haqqım yoxdur..." - AÇIQLAMA - VİDEO

20:28 30.12.2017
Rəqsanə İsmayılova "Yetim" Eyvazın şeirindən danışdı "Mənim haqqım yoxdur..." - AÇIQLAMA - VİDEO
20:28 30.12.2017

Tanınmış müğənni Rəqsanə İsmayılova "Yetim Eyvaz" təxəllüsü ilə tanınan mərhum şair Eyvaz Qurbanovun "Yağış yağır" adlı şeirinə mahnı bəstələyərək oxuyub. Lakin sonradan məlum olub ki, müğənni Rəqsanə İsmayılova şairin sözlərindən istifadə etmək üçün onun ailəsindən icazə almayıb.

Bu barədə danışan müğənni Rəqsanə İsmayılova faktı təsdiqləyib və səbəb olaraq onun ailəsi ilə tanış olmadığını və uzun müddətdir Bakdıa olmadığını bildirib: "Onların haqqı var bu sözləri deməyə. Çünki mən onları tanımıram, tanımadığım üçün də əlaqə qura bilmədim onlarla. Bildiyiniz kimi mən Azərbaycanda deyiləm, uzun müddətdir Azərbaycanda yaşayıram. İnşalah mən bu ayın sonu Azərbaycana gələcəm, sözsüz ki, mən Şahmar müəllimlə və Eyvaz müəllimin ailəsi ilə görüşəcəm. Eyvaz müəllimin oğlanları da var mən bildiyim qədərilə, onlarla da əlaqə saxlayıb halallıq alacam. Onların haqqı var, çünki bu sözlər mərhum şair Eyvaza məxsusdur. Mənim haqqım yoxdur onların sözlərindən inciməyə. Onlar öz haqqlarını tələb etməlidirlər.

Allah Eyvaz müəllimə də rəhmət eləsin, qəbri nurla dolsun. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, biz insanlar belə yaradıcı insanları itirəndən sonra qədrini bilirik. Mən uzun illərdi Eyvaz müəllimi dinləyirəm, onun şeirlərini oxuyuram. Hətta başqa bir şeirinə də mahnı bəstələmişəm. Biz belə insanları ölməyə qoymamalıyıq, onları yaşatmalıyıq. Hətta mən "Yağış yağır" adlı mahnını ifa edəndə də Eyvazın adını qeyd etmişdim. Onun şeirlərini biz mahnılarımızda yaşatmalıyıq".

Xatırladaq ki, mərhum şairin qardaşı Şahmar Qurbanov Xanim.Az saytına açıqlama verərək müğənninin onun ailəsindən icazə almadığını bildirib.

big.az


Xəbər lenti

300x200r