Aparıcı Zümrüd: "Çox problemləri olan insanlar çox gülür"
Mynews.az Xanim.az-a istinadən verir ki, açıqlama verən güləriz aparıcımız Zümrüd Bədəlova deyəsən aktrisalığa yaman maraq göstərir. Serialda çəkilən cazibədar xanım eyni zamanda filmlərdə də rol aldığını bildirib:
"Serial çəkilişlərim davam edir. Eyni zamanda filmlərdə də rol alıram. Günüm qaçaqaçla keçir, toylar, tədbirlər, qalalar olur, amma bütün bunlar mənə yaxşı təsir edir. Başım qarışır və lazımsız şeyləri düşünməyə vaxt qalmır. Bütün bu yorğunlumun içində mənim həyat motivasiyam qızımdır. Ona hər zaman vaxt ayırmağa çalışıram. Həftə sonumu onunla keçirirəm. Valideyn iclaslarına da özüm gedirəm. Tərbiyəsi ilə özüm məşğul oluram."
Şəxsi həyatından da söz açan aktrisa onu da bildirib ki, başı o qədər qarışıq olur ki, münasibət qurmağa yenidən sevgi yaşamağa vaxtı olmur.
"Artıq sevgi mənə çox primitiv gəlir. Hamı mənə həsəd aparır. Deyirlər ki, deyib-gülür hər gün əyləncələrdədir. Bəxtəvərin problemləri yoxdur. Lakin onu deyim ki, çox problemləri olan insanlar çox gülür."
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub