Bir sıra saytlarda və sosial şəbəkələrdə bəzi sənətçilərin hərbi xidmətdə olmaması ilə bağlı məlumatlar yer alıb. Həmin siyahıda xalq artisti, görkəmli muğam ustası Mənsum İbrahimovun da adı çəkilib.
BiG.AZ-ın məlumatına görə, sözügedən iddialarla bağlı qafqazinfo.az-a açıqlama verən xalq artisti bildirib ki, 1979-81-ci illərdə Moskvada hərbi xidmət keçib və xidməti də uğurla başa vurub:
"Son vaxtlar mətbuatda və sosial şəbəkələrdə tanınmış insanları qaralayan, onlarla bağlı həqiqəti əks etdirməyən, şər-böhtan xarakterli məlumatlar yayılır və bunu yayanlar heç bir dəqiqləşdirmə aparmadan, çəkinmədən belə böhtanlı informasiyanı işıqlandırırlar. Bu çox pis tendensiyadır və xahiş edirik ki, insanların şəxsi həyatı haqqında, onların nüfuzuna zərər vura biləcək məlumatları yayımlayarkən jurnalistlər bunu dəqiqləşdirməyə çalışsın".
Xalq artisti həmçinin, əsgərlik fotolarını və hərbi biletini göstərib.





1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub