Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva 7 il əvvəl estetik əməliyyatsız fotolarını paylaşıb.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, sənətçinin qızı üzünün tamamilə estetik olmadığı, sadəcə burnunda kiçik əməliyyat etdiryini bildirib.
“Foto 2010-2017-ci ilə aiddir. Çox dəyişmişəm? İnsan böyüdükcə cizgiləri yerinə oturur. Hərdən bəzi insanlar mənə yazırlar ki, guya mənim üzüm başdan-ayağa plastikadı. Amma onu yazanda ilk növbədə insanda məntiq olar... Düşünər bu qızın neçə yaşı var ki, bunlara ehtiyac duysun. Misal üçün üzüm arıqlayıb. Üz arıqladığı zaman üzün digər cizgiləri daha önə çıxır, daha həcimli görünür. Qaşlarımın formasını dəyişmişəm və burnuma əməliyyatla biraz düzəliş etmişəm, gördüyünüz kimi əvvəldə qabaritli olmayıb. Saç rəngimi 1 ton açmışam.Makiyajımı dəyişmişəm, baxışlar, mimika dəyişib. Mən gözəlləşməyi bacaran insanları sevirəm. Amma hər şey qədərində olanda, ehtiyac olmadığı halda aşırı qeldən, botoksdan və adını bilmədiyim digər prosedurlardan istifadə etməyi məsləhət görmürəm.
Əsas insanın daxili gözəlliyidi, gözəl doğula bilərsən, amma insan kimi yaxşı deyilsənsə, gözəlliyin uzun ömürlü olmayacaq. Sadəcə daxili gözəllik insanı gözəl saxlayır”.




1
Elxan Paşayevin ölkədən çıxışına qadağa qoyuldu
1142 dəfə oxunub
2
Buraxılış imtahanının formatı dəyişdi
1140 dəfə oxunub
3
Bakı – Sumqayıt qatar xəttində ölüm
1127 dəfə oxunub
4
Bu kanallara lisenziya verildi
1126 dəfə oxunub
5
Bu xəstəliyin müalicəsini icbari tibbi sığorta qarşılayır
1125 dəfə oxunub