Müğənni Hadisə ötən gün Türkiyə Televiziya Şurası (RTÜK) tərəfindən klipinə “erotik” adı verilməsinə və onun kanallarda yayımına qadağa qoyulmasına etiraz edib.
Mynews.az xəbər verir ki, ifaçı klipindən bir səhnəni İnstaqram səhifəsində paylaşaraq, sərt açıqlama yayıb:
“Mən klipimə vurulan “erotik” damğası ilə razılaşmıram və buna icazə vermərəm. Bir qadın sevgidən bəhs edən və həmin eşqi yansıdan səhnələr çəkəndə “erotik” olur. Amma kişi sənətçilərimiz istədikləri xanım model və aktrisaları çəkəndə heç “erotik” kateqoriyasına daxil edilmir. Mən bir qadın olaraq buna boyun əymək məcburiyyətindəyəm? Xeyr! “Kişi edər, qadın susar” fikirinə sonuna qədər qarşı çıxacam. Təəssüf ki, ölkəmizdə qadın və kişi ayrıseçkiliyi 2018-ci ildə belə davam edir. Amma bir qadın olaraq bunun üçün savaşmağa və azadlıq çərçivəsində sənətimi davam etməyə və yaşamağa çalışacam".
Qeyd edək ki, RTÜK ötən gün musiqi kanallarını Hadisənin “Sıfır Tolerans” klipini yayımladığı üçün cəzalandırmışdı. /Axsam.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub