Hər il maşın dəyişirəm, bu, 8-cidir
ARB TV-nin efirində yayımlanan "Evgördü" verilişinin növbəti qonağı olan müğənni Şəbnəm Tovuzlu maraqlı açıqlamalar verib.
İfaçı qızı haqda danışıb:
"İstəyirəm qızıma pianino alım. Evin dizaynına uyğun düşünəcəyik. Qızımın həvəsi var. Rəssamlığa da marağı var. İstəmirəm sırf mənim sənətimin dalınca getsin. Oxusa, daha yaxşıdır. Oxuyan uşaqdır. Uşağı bir tərəfə yönləndirmək lazımdır. Sürücü məktəbə aparanda qoymur ki, məktəbin qabağında gözləsin. Məktəbdə çox adam bilmir ki, o, mənim qızımdır. Özü istəmir. Hər şeyi düşünən uşaqdır. İstəmir ki, mənə görə ona hörmət olunsun, qiymət yazılsın. Qızımın 13 yaşı var, sabah ərə gedəcək, lakin çox böyük düşünür. Amma mən balaca olanda xalam müəllimə idi və onun adından istifadə edirdim".
Daha sonra müğənni ailəsindən və sənətə gəlişindən söz açıb:
"Bu sənəti seçəndə təkcə atam mənim yanımda idi. Anam və qohumlarım müğənni olmağıma qarşı çıxırdı. Əmiuşaqlarım, xalauşaqlarım müğənni olmağımı istəmirdilər. Evlənib boşanandan sonra rayona getmədim. Qaldım Bakıda. Qızım üçün gələcək qurmaq istəyirdim. Müğənnilliyə başladım. Ayaqlarım üstündə durmağa çalışdım. Tacir müəllim çox sağ olsun kömək edirdi. Toylarım gəlməyə başladı. Artıq 5 aya maşın aldım. Çox əziyyət çəkdim. Avtomobilə çox marağım var. İldə bir avtomobil dəyişirdim. İndiki maşımın 8-cidir. 10 ildir maşın sürürəm".