Tanınmış türkiyəli bəstəkar və müğənni Kıraç sosial media vasitəsilə məşhurlaşan azərbaycanlı ifaçı Nigar Muharremi məhkəməyə verib.
Mynews.az oxu.az-a istinadən əldə etdiyi məlumata görə, buna səbəb Nigar Muharremin ifa etdiyi “Omuzumda ağlayan bir sen” adlı mahnının “cover” versiyasıdır. Belə ki, mahnının orijinal versiyası Kıraçın “Dağların kadını” adlı bəstəsidir.
Nigarın ifasının 23 milyon izlənildiyini görən Kıraçın əməkdaşlıq etdiyi “TMC Müzik” şirkəti müəllif hüququ səbəbilə mahnının “Youtube” yayımını dayandırıb və müğənnini məhkəməyə verib. Onlar ifaçıdan mahnı vasitəsilə qazandığı pullara görə təzminat tələb edir.
Qeyd edək ki, mahnı artıq 2 ildir “Youtube” video-hostinqindədir. Kıraçın Nigardan istədiyi təzminatın məbləği isə 6 min dollar, təxminən 10 min 140 AZN-dir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub