Xalq artisti Məleykə Əsədova Seyid Lazım ağa ziyarətgahında "Quran" əvəzinə Hacı Xavər Xanımın "Allaha pənah, Allaha təvəkkül" kitabını öpərək alnına qoymasıyla bağlı yazılan xəbərlər münasibət bildirib.
Mynews.az xəbər verir ki, aktrisa ölkə.az-a açıqlamasında bildirib ki, sözügedən kitabda "Quran" ayələri olduğu üçün onu öpüb:
"Mən hər gün evimdə Allaha səcdə edirəm, onunla danışıram, dualar edirəm. İçində "Quran" ayəsi olan bütün kitabları öpüb, alnıma qoyuram. O kitabın da içərisində müqəddəs kitabımızdan ayələr var. Hətta ölkədən kənarda olanda da Allaha səcdə edirəm.
Hətta Amerikaya da getsəm, özümlə "Quran" ayələri olan kitablar aparıram, dualar edirəm.
Ziyarətgahalara gedəndə isə məni sevənlər, əzizlərim, doğmalarım, xalqımız və bütün yaxşı insanlar üçün dualar edirəm. Ağdamda da dedim ki, Allahım, Seyid Lazım Ağa xatirinə məni sevənlərə, gözəl ürəkli insanlara kömək ol, məni istəməyənlərlə də özün bil. Bunu reytinq xatirinə yazan insanları da Seyid Lazım Ağaya tapşırıram. Görüm o dünyada həmin reytinq onlara kömək olacaqmı?
Qeyd edək ki, aktrisanın ziyarətgahı ziyarət edərkən çəkilib paylaşılan videosu müzakirələrə səbəb olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub