"Röya Ayxan hazırda Bakıda deyil. Buna baxmayaraq məhkəmə prosesi ilə bağlı işlər davam etdirilir. Aygün Bəylər bu günə qədər Röyadan üzr istəməyib".
Milli.Az xəbər verir ki, bu sözləri müğənni Röya Ayxanın köməkçisi Vüsal Rzazadə musavat.com-a açıqlamasında bildirib.
O, qeyd edib ki, qarşı tərəf üzr istəmədiyinə görə bağışlama ehtimalı da yoxdur: "Məhkəmə prosesin son təffərrüatları haqda yeni açıqlama olacaq. Amma bağışlamaq qərarına gəldikdə isə ortada şərəf və ləyaqətə toxunan sözlər işlədilib. Hər halda son qərarı Röya Ayxan özü verəcək".
Xatırladaq ki, müğənni Röya Ayxan həmkarı Aygün Bəyləri məhkəməyə verərək, ondan 50 min manat təzminat və mətbuat vasitəsilə onun haqqında səsləndirdiyi fikirlərin yalan olması barədə açıqlama verməsini tələb edib.
Müğənni bu məsələ ilə bağlı ilə Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub