Röya: Oğlum atasına oxşayır MÜSAHİBƏ

624
Röya: Oğlum atasına oxşayır MÜSAHİBƏ

Mynews.az əməkdar artist Röya Ayxanın Oxu.az-a verdiyi müsahibəni təqdim edir:

–  Hüseyn gözümüzün qarşısında böyüdü. Artıq ikinci sinfə gedir... 

– Çox xoşbəxtəm ki, evimdə oğlum böyüyür. Bu gün mən dünyanın ən xoşbəxt anasıyam. Hərdən məni yuxudan ingilis dilində dediyi şeirlərlə oyadır. Dərslərini yaxşı oxuyur. Allahıma gecə-gündüz dua etsəm, azdır. Tanrı bütün anaları öz balasından sevindirsin.

–  Bildiyim qədərilə, bir neçə dil bilir...

–  Bəli, artıq Azərbaycan dilini də sərbəst öyrənib. Rus, ingilis və fransız dillərində danışır.

  Oğlunuza yetərincə zaman ayıra bilirsiniz?

–  Hüseyn bilir ki, anası müğənnidir. Zamanımın çoxunu səhnədə, studiyada, çəkilişlərdə keçirirəm. İşimlə əlaqədar tez-tez səfərlərdə oluram. Amma Hüseyn bunu anlayışla qarşılayır. Çünki dünyaya o mühitdə göz açıb. Mən də bütün qalan vaxtlarımı Hüseynlə keçirirəm. O, mənimlə yaşadığına görə xüsusi günlərdə, bayramlarda, məktəb yığıncaqlarında həmişə oğlumun yanında oluram.

–  Hüseyn atasına daha çox oxşayır, yoxsa sizə?

–  Hər ikimizin xasiyyətindən bir az götürüb. Məsələn, atası kimi bütün günü futbola baxır (gülür). Qonaq, dosta dəyər verməsi məsələsində isə eynilə mənə çəkib. İstəyir ki, dostları gəlsin, əylənsin. Birlikdə vaxt keçirsinlər.

–  Evdə gəlib bəh-bəhlə bəhs etdiyi qız sinif yoldaşı var?

–  Yox, sinif yoldaşlarının valideynləri ilə sıx münasibətimiz var. Adətən, məktəbdə nə olub, bitir, kim hansı dərsdə, necə reaksiya verib deyə müzakirələr edirik. Məsələn, Burhanın (Hüseynin sinif yoldaşı – red.) anası deyir ki, Burhan evə gəlib, hansısa qızdan danışır. O, hansı dərnəyə yazılıbsa, Burhan da həmin məşğuliyyəti seçir. Amma dediyim kimi, mənim oğlum belə şeylərə baş yormur (gülür).

–  Gələcəkdə onun həyat yoldaşı seçiminə qarışmağı düşünürsünüz?

–  Qətiyyən, oğlum kimi seçsə, onunla da ailə həyatı quracaq.

   Hüseynin arzuları nələrdir?

–  Ən böyük arzusu ABŞ-da oxumaq və oranın prezidenti olmaqdır (gülür). Ona deyirəm ki, hər kim olursansan ol, ən önəmlisi, insan ol.

  Röya bir ana kimi özünü necə tərənnüm edir?

–  Nə vaxt ki, övladım, öz ailəsinə, dostlarına, ən vacibi, vətəninə, yaşadığı ölkəyə lazımlı və layiqli insan olacaq, bax, o zaman deyəcəyəm ki, mən anayam.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbər lenti