Müğənni Sevda Sanəliyevanın ailəsi ilə bağlı verdiyi açıqlama həyat yoldaşının anasının etirazına səbəb olub.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, ifaçının qayınanası sosial şəbəkə vasitəsiylə sənətçinin ünvanına təhqir yazıb.
O, Sevdanın yalan danışdığını, oğlunun ailəsini dağıtdığını bildirib. Xanım eyni zamanda oğlundan da incik olduğunu gizlətməyib:
"Sən Cəmili evlə, maşınla, paltarla aldadıb özünə ər etmisən. O, özü də deyib ki, Sevdanı aldadıb atacam. Onun səsyazısı da var. İki uşağın ahı Sevdanı tutacaq. Sevda özü də deyib ki, mənim uşaqlarımın atası Cəmil yox, İlkindir. Sevdanın verdiyi bütün məlumatlar yalandır, hamısını da sübut edə bilərəm. O, bu həyatda rahat yaşamayacaq, bunu bilsin. Görsün onun başına nə oyun açılacaq. Bu işin sonunu gözləsin. Elə bilir xoşbəxt yaşayacaq? Hələ xoş günlər görsün. Bir də görəcək ki, ərsiz qalıb. Bu sözləri yazan Cəmilin anasıdır. Mənim oğlum orada olduğu müddətdə mən də onu rahat buraxmayacam".
Qeyd edək ki, Cəmilin anası bir dəfə də mediaya açıqlama verərək oğlunun onlardan icazəsiz Sevda ilə evləndiyini deyib. O bildirib ki, Sevda onun oğlunun ailəsini dağıdıb, iki uşağını atasız qoyub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub