“Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsini ilk dəfə Kiyevdə üç kişi aparıcı təqdim edəcək. Müsabiqədə seçilənlər isə televiziya aparıcıları Vladimir Ostançuk, Aleksandr Skisçko və Timur Miroşniçenkodur.
Mynews.az xəbər verir ki, bu barədə müsabiqənin təşkilatçısı “Birinci Milli” Ukrayna telekanalının saytında məlumat yayılıb.
“İlk dəfə “Eurovision” tarixində müsabiqəni üç kişi aparıcı – Vladimir Ostançuk, Aleksandr Skisçko və Timur Miroşniçenko təqdim edəcək”, - deyə saytda qeyd olunur.
Telekanalın məlumatına görə, Ostançuk və Skisçko canlı yayımda şou aparıcılığı sahəsində təcrübəyə sahib, ingilis dilində sərbəst danışan “parlaq televiziya personajlarıdır”.
Məlumata görə, Miroşniçenko “Eurovison” ekspertidir. O, 2011-ci ildə beynəlxalq mahnı müsabiqəsinin şərhçisi idi, 2009 və 2013-cü illərdə “Uşaq Eurovision” müsabiqələrinin aparıcısı olub. O, ifaçıların müsabiqənin nəticələrini gözlədikləri “Qrin-rum”un aparıcısı olacaq.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub