Şou-biznes nümayəndələrinin əksəriyyəti sənətlə yanaşı özləri üçün biznes də qurublar.
Mynews.az Axşam.az-a istinadən məşhur xanımların əlavə bizneslərini təqdim edir:
Fatimə Fətəliyeva xına evinə, gözəllik salonuna, rəqs məktəbinə sahibdir. Sənətçinin həmçinin xəz mağazası var.

Tünzalə Əliyevanın xına mərasimlərinin təşkili ilə məşğul olan məkanı var.
Əkizlər Sevil və Sevinc Səfərova bacıları da müğənnilikdən başqa bizneslə məşğul olur. Onların ayaqqabı mağazası fəaliyyət göstərir.

Xatirə İslam da məclislərin bəzədilməsi ilə məşğul olan dekor məkanına sahibdir.
Sevda Sanəliyevanın isə şirniyyat mağazası var. İfaçı hətta özü də şirniyyat bişirir.
Xuraman Şuşalının isə xına evi var. O, xına mərasimləri ilə yanaşı, toy, ad günü məkanlarının bəzədilməsiylə məşğuldur.

Rahidə Baxışova da bu yaxınlarda biznes-ledi olub. Belə ki, sənətçi xına evi açıb.
Xuraman Əlizadənin xına mərasimilərinin təşkili ilə məşğul olan mərkəzi var.
Ülviyyə Əliyevanın xına evi var.

Oksana Rəsulovanın hind rəqslərinin öyrədən məktəbi var. Eyni zamanda sənətçinin "OksiMedia" adlı şirkəti var ki, burada filmlər, reklamlar, seriallar çəkilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub