Azərbaycanda daha bir məşhur müğənninin adı insan alverində hallanır AÇIQLAMA

881
Azərbaycanda daha bir məşhur müğənninin adı insan alverində hallanır AÇIQLAMA

Tanınmş müğənni Günel Ələkbrovanın da Daxili işlər Nazirliyinin İnsan alveri üzrə Mübarizə İdarəsinə çağırıldığı xəbəri yayılıb.

Mynews.az azxeber.com-a istinadən xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məlumata görə, ona Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib. 

Azxeber.com məsələni aydınlaşdırmaq üçün müğənninin özü ilə əlaqə saxlayıb.

Günel belə bir hadisənin baş vermədiyini qeyd edib: "Bu düz məlumat deyil. Belə işlərdə mənim adımı hallanması düzgün deyil. Məni heç bir yerə çağırmayıblar. Mənim Təranə Səmədova ilə keçmişdə iş birliyim olub. Bu o demək deyil ki, mənim də bu işdə əlim var. Bu xəbər kim çıxarıbsa, ənkə böyüyünün ağzi ilə qələt edir. Belə çirkab işlər də kimlərsə mənim adımı hallandırması yol verilməzdi. Mən yoldan keçən insan deyiləm, ailəliyəm, mənim övladım var.

Günel produser Təranə ilə aralarının soyuq olduğunu da deyib gizlətməyib. "Mənim kimsəynən inciməklə aram yoxdur. Bakıdır, balaca şəhərdir, hamı bir-birini yaxşı tanıyır. Üz-üzə gəlirik. Əvvəl ARB-də mənim veriliş var idi, indi o verilişimi aparır. Mənə qarşı düzgün hərəkət olunmadı. Veriliş telekanalın deyildi, prodakşn layihəsi idi. Hazırda telekanalla münasibətlərimiz yaxşıdır. Layihə rəhbəri nə istəyir edirdi. Kiminsə haqqı yoxdur, kiminsə çörəyinə bais olsun. Bu düzgün addım deyildi. Mən ümumiyətlə, kinli insan deyiləm. Onun da övladı var, Allah ruzusunu versin. Yeganə insanam ki, həftədə bir dəfə veriliş olmasına baxmayaraq 5 sponsorla başladım. İnşallah yenidən tamaşaçıların qarşısına yeni layihə ilə çıxacam”

Xəbər lenti