Bu gün yerli KİV-də müğənni Elnarə Xəlilovanın “Lider” telekanalındakı “Xeyirli axşamlar” verilişindən ayrılması ilə bağlı xəbər yayılıb.
Mynews.az xəbər verir ki, buna səbəb müğənninin verilişin rəhbəri ilə yola getməməsi olub.
Bildirilir ki, müğənnidən verilişə dəvət edilmiş qonaqların birini xüsusi təmtəraqla təqdim etmək tələb edilib. O isə buna etiraz edib və deyib ki, həmin qonaq xüsusi təmtəraqla təqdim edilməyə layiq deyil. Bu məsələ isə kanal rəhbərliyi ilə müğənni arasında iplərin tamamilə qopmasına səbəb olub və müğənni “Lider” TV-dən ayrılıb.
Məsələ ilə bağlı “Lider” TV-nin mətbuat xidmətinin rəhbəri Sədan BünyadOxu.Az-a açıqlamasında bildirib ki, müğənninin kanal rəhbərliyi ilə problemi olmayıb:
“Veriliş pordakşının layihəsidir. Onlar çəkib proqramı satırlar, biz isə alıb efirə veririk. Problem layihənin rəhbəri Zərifə Tapdıqqızı və Elnarə xanım arasında baş verib. “Lider” TV və onun rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur. Bundan sonra da verilişlərimizin hamısında Elnarə xanımı qonaq kimi dəvət etməyə hazırıq”.
Qeyd edək ki, Elnarə Xəlilova daha öncə “Space” TV-də aparıcılıq edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub