Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova “Sənsizəm mən” adlı mahnısını təqdim edib.
Mynews.az-ın məlumatına görə, mahnısı haqda Oxu.Az-a açıqlama verən İlqarə Kazımova bu il sənətində daha çox yenilik edəcəyini bildirib:
“Bu mahnıya çox inanıram. Əminəm ki, hər kəs sevəcək. Sözləri və musiqisi çox təsirlidir. Buna görə də mahnının müəllifi Muxtar Abseynova təşəkkür edirəm. İşlərimin davamı da gələcək. Artıq bir neçə bəstəkarla iş birliyinə başlamağı düşünürəm”.
Qeyd edək ki, “Youtube” video portalında paylaşılan mahnıda İlqarənin səs tembrinin Aygün Kazımovanın səsinə bənzəməsi izləyicilərin gözündən yayınmayıb. Onlar “İlqarə Aygünsayağı boğazlar edir, əla alınıb”, “Anasının səsinə oxşayır, amma Aygünə çata bilməz” kimi rəylər yazıblar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub