TV8-də yayımlanan “O səs Türkiyə” yarışmasının ikinci turunun növbəti buraxılışları yayımlanıb.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bu mərhələdə azərbaycanlı iştirakçılardan Yıldız Tilbenin komandasından Ayla Ray və Hadisənin komandasında yarışan həmyerlimiz Ozan Əhmədov çıxış edib.
Ayla ikinci turda “Shy Guy” mahnısını oxuyub. Üç iştirakçı – Ayla, Gökçe və Yonca arasında seçim etmək məcburiyyətində qalan Y. Tilbe həmyerlimizi seçib və o, növbəti mərhələyə keçib.
Çingiz Kurtoğlunun repertuarından “Duyanlara Duymayanlara” mahnısını səsləndirən Ozanın performansı hər kəsin xoşuna gəlib, hətta tamaşaçılar ifanın bir daha səsləndirilməsini istəyib.
Hadisə ifaçının mahnını ürəkdən oxumasının və gözlərinin dolmasının səbəbini soruşub. Ozan da kövrələrək bildirib ki, illərdir sevdiyi qızın bu yaxınlarda toyu olacaq:
“İllər öncə bir qızı sevmişəm. 10 ildir görmürəm. Adı Nərminə idi. Yaxında toyu olacaq. Mən onu hələ də sevirəm”.
Həmyerlimizin hekayəsi Hadisəni duyğulandırıb və o, növbəti tura Ozanla davam etmək istədiyini söyləyib. Əhmədov tamaşaçıların xahişi ilə mahnını yenidən səsləndirib.
Yıldız Tilbenin komandasında yarışan digər iştirakçı Aynurə Şirinova da üçüncü tura keçməyi bacarıb. "Qamsız" mahnısını ifa edən Aynurə 4 iştirakçı içərisindən seçilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub