İt ili başlar başlamaz şou nümayəndələri nalə qopardıb gündəmi o ki var çalxaladı.
Kimi dava salıb qalmaqal etdi, kimi xəstəxana qapılarını döyüb cərrah masasına uzandı, kimi də bir sözü ilə yanan ocağın üzərinə benzin səpdi.
İldə iki dəfə tamaşaçıları bir araya toplayıb, oxuyub-oynayıb, coşub-çağlayan Bu şəhərdənin aktyoru Rafael İskəndərovun səsi bu dəfə səhnədən deyil, xəstəxənadan gəldi!
Aktyor haldan hala düşüb, təcili əməliyyata qaldırıldı!
Əməkdar artist BAKU.WS-ə eksklüziv açıqlamasında bildirib ki, onun üzərində endoskopik yolla əməliyyat aparılıb. “Hazırda ayaq üstəyəm, maşallah, yaxşıyam. Qida borumda yüngül əməliyyat keçirildi”, - deyə Rafael məlumat verib. İskəndərovun izlədiyiniz bu görüntüləri isə “Bu şəhərdə”nin İnstagram hesabında paylaşılıb.
İstedadlı aktyor Rafael İskəndərova Allahdan şəfa diləyirik! Nəzərinizə çatdıraq ki, bir müddət öncə Bu şəhərdənin ayrılmaz üzvü əməkdar artist Coşqun Rəhimovda səhhətində yaşadığı problemlər səbəbindən dəfələrlə cərrah bıçağı altına uzanaraq, ağır əməliyyatlar keçirib.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub