ARB TV-nin "Rezonans" verilişi məhbus Sahib İsmayılovun həbsxana hekəyələrini təqdim edirik:
Sahib İsmayılov (cəzası 11 il): "5 qardaş 6 bacı idik. Evliyəm, 2 övladım var. Bərdədə dükanım var idi, toxumçuluq dərmanları falan satırdıq. Bir oğlan dərman satmağa başladı bizə. Dərmanları almaq üçün pulum olmadı, bankdan götürdüm. Bu da sən demə məni aldadırmış. Şirnikləşdirirmiş. Dedi ki, böyük mal gətirəcəyik, yük maşını ilə. 15 gün keçdikdən sonra zəng elədim telefonu sönülü idi. Evlərinə getdikdə isə gördüm ki, qaçıb. Nəhayət ki, bunun qardaşını tapdım və söz verdi ki, pulu qaytarmağa kömək edəcək. Dedi ki, gedək filan yerə satım pulunu verim. Ağcabədiyə çatanda polislər bizi tutdu. Qardaşının narkotik satıcısı olduğunu bilmirdim. Polislər hamısı inandı ki, onunla bir əlaqəm yoxdur, amma bir işə düşmüşdüm artıq. 11 il cəza aldım. Müğənni kimi fəaliyyət göstərirdim. El şənliklərində çıxışlar edirdim. Həbsxanada da buna şərait yaradırlar. Çıxandan sonra da fəaliyyətimə davam edəcəm. Heç kimi günahlandırmıram. Özüm səhv etdim. Həbsxana məktəbdir. Burada hamını tanıyırsan. Azadlıq gözəl şeydir. Çıxandan sonra sənətimə davam edəcəm. Daha da yüksələcəm".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub