Xalq artisti Könül Xasıyeva ilk dəfə həyat yoldaşından danışıb.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, hazırda onurğa iflicindən əziyyət çəkən xanəndə "Səni axtarıram" verilişində deyib ki, ərindən ayrılıb. O, aparıcının "Çətin gününüzdə qohumlar sizə dəstək oldu" sualına belə cavab verib:
"Mənəvi cəhətdən hamı yanımda oldu. Maddiyə gəldikdə isə... Həmişə hamısını mən maliyyələşdirmişəm. Nəslin "maliyyə naziri" olmuşam. 9 uşaq oxutmuşam. Buna görə də gec ailə qurdum. Ömrümü uşaqlara həsr etdim. Çünki görürdüm ki, uşaqlar da bacı-qardaşım kimi oxuya bilməyəcək.
Həyat yoldaşımı sevib evləndim. Həyatımda bir oğlan sevmişdim, o da həyat yoldaşım. İndi də sevirəm, ölənə kimi sevəcəm. İndi bir yerdə yaşamırıq. Kişiyə arvad lazımdır. Ona arvadlıq edə bilmirəm. Yaxşı, ləyaqətli insandır. Ondan inciməmişəm. Dedim, get həyatını qur yaşa. Xəstələnəndən əvvəl ayrıldıq. Əgər xəstələnənə kimi bir yerdə olsaydıq, məni qoyub getməzdi. Oğlum Kazım da atasıyla nəfəs alır".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub