Avstryanın paytaxtı Vyanada yaşayan Elvan Koçak uzun illər görmədiyi iki qızına bu yaxınlarda Adnan Oktarın verilişində rast gəlib.
Teleqraf.com xəbər verir ki, ata Türkiyəyə gələrək polisə müraciət edib. Müraciətində bildirib ki, əkiz qızı B.K və M.Koçak 17 yaşlarındadırlar. Adnan Oktar yetkinlik yaşına çatmayan qızları televiziyaya çıxararaq şou göstərir.
E.Koçak həyat yoldaşından 7 il öncə ayrılıb. Ailəsi Vyanadan Türkiyəyə gəlib. Qızlarının Adnan Oktarın verilişinə çıxdığını ona Vyanada yaşayan qohumları bildirib.
E.Koçak qeyd edib ki, övladları Vyanada yaxşı təhsil alıblar. Amma Türkiyəyə gələndən sonra davamlı təhsil ala bilməyiblər və Adnan Oktarın təsiri altına düşüblər.
Ata keçmiş həyat yoldaşı Gülpəri K və Adnan Oktarın cinayət məsuliyyətinə cəlb olunması üçün polisə müraciət edib, daxili işlər naziri və prezident Ərdoğandan kömək istəyib.
"Qızlarımın ağıllarını başlarından alıblar. Oğlumu da Oktarın təriqətinə qoşacaqlar. Xahiş edirəm, hələ yetkinlik yaşına çatmayan övladlarımı o şəbəkədən azad edin", deyə E.Koçak müraciətində bildirib.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub