Avstriyada yaşayan şəxs uzun zamandır xəbər alamadığı 2 qızını Adnan Oktarın proqramında görüb.
Bizimyol.info minval.info-ya istinadən xəbər verir ki, qarşılaşdığı mənzərədən həyatının şokunu yaşayan 44 yaşlı ata Elvan Koçak Türkiyəyə gələrək Oktardan hüquq-mühafizə orqanlarına şikayət edib.
Elvan Koçak 7 il öncə həyat yoldaşı ilə ayrılıb. Bu müddət ərzində onlar Vyanada yaşayıblar. Amma bir müddət öncə xəbər tutub ki, həyat yoldaşı qızlarını məktəbdən çıxarıb və onları İstanbula göndərib. Onları axtarmağa başlayan ata, heç cür tapa bilməyib. Bir neçə gün öncə isə qohumlarıdan biri ona “Sənin qızların Adnan Oktarın yanındadır” deyib.
Elvan Koçak deyib ki, qızlarının yaxşı da azdır. Hazırda sadəcə onlardan biri ilə əlaqə saxlaya bilir, amma qaldıqları evə yaxınlaşa bilmir: “Qızlarımı oradan çıxarana qədər mübarizə aparacağam. Övladlarımı götürüb, sonra gedəcəyəm. Bütün orqanlara müraciət etmişəm”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub