"Mənim heç kimin ərində, sevgilisində gözüm yoxdur" Damla
Ötən gün "5/5"-də qonaq olan Damla maraqlı açıqlamaları ilə diqqət çəkib.
Aparıcı Zaur Kamalın suallarını cavablandıran gənc müğənni cavabları ilə verilişə damğasını vurub.
Aparıcı ilə Damlanın dialoqunu təqdim edirik:
Bir vaxt Pərviz Bülbülə ilə çıxdınız. İndi Damla və Nicat məsələsi ortalığa çıxır.
- Bəli. Nicatla biz 10 ilə yaxındır dostuq. Biz son illər görüşürdük, amma səhnə fəaliyyətimiz bərabər deyildi. Son zamanlar el şənliklərində çox rastlaşırdıq. Dedim ki, Nicat, gəl bərabər əl-ələ tutaq.
Gedək üzü küləyə.
- Bəli. Niyə də olmasın.
Subaydır qardaş?
- Xeyr, evlidir.
A... Onda üzü küləyə çox getməyəcəksiniz.
- Yox. Xanımını tanıyıram. Çox gözəl insandır. Ailəvi dostuq.
Damla xanım, o birini də tanıyırdınız. Gördünüz necə ayrıldınız?!
- Kim hansı məqsədlə, hansı istiqamətə yozur yozsun. Mənim heç kimin nə ərində, nə sevgilisində, heç nəyində gözüm yoxdur.
//Milli.Az