Müğənnilər Nazənin və Təranə Qumral arasındakı qalmaqal bitmək bilmir.
Mynews.az-ın məlumatına görə, bu dəfə Təranə Nazəninlə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib. Bu haqda əməkdaşımızla söhbətində Nazəninin vəkili Heyrat Qarayev deyib.
O bildirib ki, T.Qumral ərizəsində Nazənin və onun həyat yoldaşı Məhəbbətdən şikayət yazıb:
“Təranə İbrahimova ərizəsində bildirib ki, özünü öldürmək dərəcəsinə çatıb. Amma onun bu şikayəti araşdırılıb və əsassız olduğu üçün qəbul edilməyib”.
Vəkil Qumralın məhkəmədə uduzduğu 3500 manatı ödədiyini deyib:
“Məhkəmə qətnaməsi Təranə İbrahimova (Qumral) tərəfindən tam icra olunmayıb. Hazırda iş Bakı Apellyasiya Məhkməsindədir. Təranə İbrahimova Nazənin və Məhəbbətdən üzr istəməlidir. Hazırda bununla bağlı icra məmuru müvafiq tədbir görür. Məhkəmənin qərarını yerinə yetirmədiyi üçün min manat dövlətə pul ödəməlidir. Ödənməyib.
Bu günlərdə onun avtomobilinə həbs qoyuldu. Ondan sonra gətirib 3500 manat təzminatı ödəyib. Amma ölkədən çıxışına qoyulan qadağa qüvvədədir.
Qətnamələr icra edilmədiyi üçün Ədliyyə Nazirliyinə göndərilib. Hazırda onların nəzarətindədir. Araşdırma aparılır. Qısa müddətdə qətnaməni icra etməsə, cinayət işinə cəlb ediləcək”.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub