“Elə müğənnilər var ki, çox yuxarıdan danışırlar. Nə bilim, getdim İtaliyaya, Fransada belə oldu, mən bu brendi geyinirəm... Onların yanında mən də elə danışıram ki, ürəklərini partladıram. Bir söz deyirəm, onu elə oradaca məhv edirəm”.
Mynews.az-ın məlumatına görə, bu sözləri “Şou məkan” proqramına açıqlamasında müğənni Xatun Əliyeva deyib.
Sənətçə gündəmə qalmağın üsullarından danışıb:
“Bu gün tamaşçıya polemika maraqlıdır. Sən işini təqdim edirsən, onlar onu yaxşı qəbul etmirlər. Heç “like” da vermirlər. Ancaq dava-dalaş varsa, onlara maraqlıdır. Gündəm üçün şou-biznesin yazılmamış qayda-qanunları ilə oynamalıyam. Biz müğənnilər bir-birimizi çox istəməli deyilik ki... O, məni tərifləsin, mən onu tərifləyim. Vallah bundan tamaşaçı bezir. Bizim səmimiyyətimizi isə beşüzlü müğənnilər korlayırlar.
Hətta özünü tanınmış hesab edən bir insan mənimlə yan-yana dayanır, ancaq gəlib mənimlə şəkil çəkdirirlər. Hamı mənə deyir ki, Xatun xanım, biz sizi çox istəyirik. Tələssəm belə, sevənlərimlə 10-15 dəqiqə hətta qeybət belə edib çıxıram. Onların damağında dad qoyub çıxıram. Onlar yenə də məni axtarırlar. Bu, mənim öz sirlərimdir”. (axşam.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub