Müğənni Sevil və Sevinc bacılarına “5/5” verilişində Həzrət adlı oğlan elçi düşüb.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, Sevillə evlənmək istədiyini deyən Həzrətin anası Həcər xanımın yalanları efirdə açıqlanıb və gərgin anlar yaşanıb.
Ana oğullarının subay olduğunu və iki əkizi onlara almaq istədiyini söyləyib.
Bacılar isə oğuldan birinin nişanlanıb ayrıldığını, digərinin isə evlənib boşandığını açıqlayıb. Həzrət bu xəbəri təsdiqləsə də, anası əvvəlcə etiraz edib.
“Oğlan xalası qızını alıb və bir övladı da var. Bunu əvvəlcədən demək lazım olub” deyə, aparıcı Zaur kamal söyləyib.
Həcər isə əsəbiləşərək tənqid etməyə başlayıb. Efir zaman tənqidlər səsləndirən ananın mikrofonu bağlanıb. O, gəlinin yüngül əxlaqlı biri olduğunu söyləyib:
“Gəlinim bacım qızı olub. Oğlum həbsxanada yatıb çıxıb, ondan sonra ayrılıblar. Nə olsun gəlinim qohumum olub. Elə adama nə edirsə, qohumu edir. Digər oğlum isə nişanlanıb, qız istəməyib. Anası onun razılığı olmadan qızı vermişdi. Qız sonra öz sevgilisi ilə qoşulub qaçıb. Burada nə var ki, nişanlı olub alınmayıb”.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub