Azərbaycanın Əəməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbər 27 ildir doğum gününü qeyd etmir.
Publika.az xəbər verir ki, bu gün bəstəkarın 72 yaşı tamam olur. Tahir Əkbərin qızı Bəhriyə sosial şəbəkədə yazıb ki, atasının doğum günü qanlı 20 Yanvar faciəsinə təsadüf etdiyi üçün bu günü qeyd etmir:
“Ata, 20 yanvar sənin günündür. Səni həyatda həmişə gülərüz görmək istəyirəm. Ayaq üstdə duran günü isə ikinci ad günün olacaq ümidilə gözləyirəm, ata. Çünki sən 27 ildir ad gününü qeyd etmirsən. Sənə həyatda ən gözəl nemət olan can sağlığı arzu edirəm”.
Xatırladaq ki, bir neçə ay əvvəl insult keçirən Tahir Əkbərin müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub