Müğənni Nurlana Kərimli ilk klipini təqdim edib.
Mynews.az-ın məlumatına görə, “Yoxsan yanımda” adlanan mahnıya çəkilən ekran işi Lənkəranda lentə alınıb. Mahnının sözləri Xanım İsmayılqızına, musiqisi isə Faiq Sücəddinova məxsusdur. Klipin rejissorluğu Nail Naiboğluna həvalə edilib.
Nurlana klipindən danışıb və sənətə ilk addımlarını peşəkarlarla atdığını söyləyib:
“Sona kimi də işimə peşəkarlarla davam edəcəyəm. Tez-tez klip çəkdirib kənara atmağı sevmirəm. Bu klipin bəhrəsini görəndən sonra yenisini çəkdirəcəm. Klipdə stilim üzərində Anar Məmmədov çalışıb. Yataq səhnələrini çəkəndə çox həyəcanlı idim”.
Ekran işini lentə alan Nail isə “Çəkilişimiz “Luxe Lankaran Hotel”də aparılıb. Nurlana yataq səhnələrində əvvəlcə çox həyəcanlı idi, amma nəticə yaxşı alındı. Əsas o həyəcan idi. Çəkilişimiz 12 saat davam etdi” deyib. (axşam.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub