Son günlər müğənnilərin əksəriyyəti toy bazarının zəifləməsindən gileylənirlər. Toysuzluqdan əziyyət çəkən müğənni Xatun Əliyeva özünə maraqlı çıxış yolu tapıb.
Mynews.az-ın məlumatına görə, sənətçi toy qiymətlərinə endirim edib. Bu haqda onun prodüseri İnstaqram səhifəsində elan verib:
“Hər biznesdə müəyyən vaxtlarda endirimlər olur. Amma nədənsə, toy biznesində rast gəlinmirdi. Axır ki, bunu ilk dəfə Xatun Əliyeva etdi. Bunu bəzi müğənnilər yaxşı qarşılamasa da, bizi bu yerlərə gətirən, dolandıran xalq bəyənəcək”.
Daha sonra Xatun özü də bu sözləri paylaşıb və endirim kampaniyasına başladığını yazıb:
“Yanvar və fevralda xınalarda, bütöv toy, yarım saatlıq çıxışda, ölkədən kənarda olan toylara endirim edirik. Həm xanımlardan, həm də bəylərdən ibarət pozitiv ansamblımla xoş günlərinizi mənə və komandama etibar edin. Bəyənməsəniz puıunuzu geri qaytaracam. Xatun dedi və etdi”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub