Bu gün Səbail rayon Məhkəməsində müğənni Röya Ayxanın həmkarı Aygün Bəylərə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Zaur Əliyevin icraatında olan prosesdə A.Bəylər və nümayəndəsi məhkəməyə gəlməyib.
İclasında anket məlumatlar dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası yaxın günlərdə təyin ediləcək.
R.Ayxan A.Bəylərin "ARB" telekanalında onunla bağlı səsləndirdiyi fikirləri təkzib etməsi və mənəvi ziyana da görə 50 min manat təzminat ödəməsi tələb edilib.
Qeyd edək ki, A.Bəylər ARB-də yayımlanan "Səhər-səhər" verilişində R.Ayxanın sənətinin olmadığını bildirib:
"Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdu. Elə 80 faizi o gündədir. Mən sənətkaram. Onu xalqın qarşısında bu səviyyədə qaldırmaq ixtiyarın yoxdur. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub